Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanada Siqh Federasiyasının üzvü: Azərbaycanda açıq dialoq üçün geniş imkanlar yaradılıb

03.06.2026 [14:33]

Xəbərin mətni

Siqh icması və Bakı Təşəbbüs Qrupu arasında qurulan tərəfdaşlığı çox yüksək qiymətləndirirəm. Siqh icmasının yaşadıqları ilə Azərbaycan xalqının keçmişdə üzləşdiyi tarixi sınaqlar arasında müəyyən oxşarlıqlar olduğunu anlayan bir platformanın mövcudluğunu görmək olduqca qürurvericidir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Kanada Siqh Federasiyasının üzvü Hansra Harprit Sinqh söyləyib.