Ötən il ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi 7 milyon tondan çox olub
03.06.2026 [15:27]
Xəbərin mətni
Azərbaycan daşıyıcıları Monqolustan və Çindən başlayaraq Böyük Britaniyaya qədər uzanan 50-yə yaxın ölkədə beynəlxalq yükdaşımaları həyata keçirmək imkanına malikdir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımaları departamentinin direktoru Sübhan Əbilov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.