Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir
03.06.2026 [17:39]
Xəbərin mətni
Azərbaycan böyük neft strategiyasını işə saldıqdan sonra 30 ildən bir qədər artıq müddətdir ki, bu strategiyanın detalları həm region, həm də ölkə üçün öz müsbət təsirini göstərməkdədir. “Bakı Enerji Həftəsi”ndə də səsləndirilən fikirlər bunu bir daha birmənalı şəkildə təsdiq edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.