Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək

04.06.2026 [14:06]

Xəbərin mətni

Son on ildə ölkənin aqrar sektorunda mühüm inkişaf göstəriciləri əldə olunub. Bu dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8 faiz artıb. Bitkiçilik sahəsində artım 48,2 faiz, heyvandarlıq sahəsində isə 29,6 faiz təşkil edib. Aqrar və emal məhsullarının ixracı da 62,8 faiz yüksəlib. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.