Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

04.06.2026 [14:10]

Xəbərin mətni

Yeni Dövlət Proqramında aqrar sektorun dayanıqlı inkişafını təmin edəcək fundamental tədbirlər öz əksini tapıb. Proqram həm bitkiçilik, həm heyvandarlıq sahələrinin inkişafını, həm də kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasını nəzərdə tutur. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.