Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub
04.06.2026 [23:25]
Xəbərin mətni
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filmində 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn deyib.