Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

05.06.2026 [13:09]

Xəbərin mətni

İllik 2 milyon ton istehsal gücünə malik isti breketlənmiş dəmir (İBD) zavodu layihəsi üzrə mühüm mərhələlərdən biri uğurla başa çatıb. “Azerbaijan Metal Company” MMC (AzMC) tərəfindən reallaşdırılan zavod layihəsi üzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanması yekunlaşdırılıb.