UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir
05.06.2026 [15:02]
Xəbərin mətni
Azərbaycan hökumətinin təşəbbüskarlığı və öhdəliyi şəhərsalma, ətraf mühit və iqlim fəaliyyəti ilə bağlı ən mühüm qlobal müzakirələrin kəsişmə nöqtəsində dayanır. Azərbaycan COP29, Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qlobal tədbirlərə ev sahibliyi edir, daha sonra isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının mandatı altında Bakı İqlim Həftəsini qəbul edəcək. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirə videomüraciətində deyib.