Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında münasibətlər dəyişir və inkişaf edir
05.06.2026 [17:06]
Xəbərin mətni
Prezident Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumu ABŞ-nin hazırda Azərbaycana tərəfdaş kimi necə müsbət baxdığının göstəricisidir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib. Onun sözlərinə görə, zaman irəliləyir və iki ölkə arasında münasibətlər dəyişir və inkişaf edir.