Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Olimpiya hərəkatı” layihəsinin təqdimatı olub

17.12.2015 [14:24]

Xəbərin mətni
Dekabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya hərəkatı” layihəsinin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel iştirak ediblər.