Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

08.06.2026 [15:20]

Xəbərin mətni

Yeni qanun qadağadan daha çox uşaqlar üçün yeni imkanlar yaradan bir sənəd kimi cəmiyyətə kommunikasiya edilməlidir. Bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib.