Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb
08.06.2026 [15:41]
Xəbərin mətni
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.