Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

08.06.2026 [17:09]

Xəbərin mətni

Bu gün müzakirəyə çıxarılan qanun layihəsi çox vacib hüquqi dəyişiklikləri əks etdirən sənəd olmaqla, uşaqlarımızın gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması ilə bağlı məsələləri hədəfləyir. Çünki artıq böyüməkdə olan gənc nəslin, xüsusən də uşaqların həyatı yalnız fiziki mühitlə məhdudlaşmır. İndi onların daha çox formalaşdığı əsas məkan rəqəmsal dünyadır. Bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.