İDMAN


“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq

Bakı Qran-prisi üçün onlayn bilet satışına dekabrın 19-da start veriləcəyini diqqətə çatdıran Azad Rəhimov hazırlıqların plana uyğun getdiyini bildirib. Vurğulayıb ki, yarışa biletlər 19 manatdan başlayacaq. Ümumilikdə 30 min biletin satışa çıxarılması nəzərdə tutulub. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək.