Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir
09.06.2026 [11:46]
Xəbərin mətni
Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda illik ixrac həcmini hazırkı 25 milyon dollardan 1 milyard dollara çatdırmağı planlaşdırır. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.