Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir
09.06.2026 [11:55]
Xəbərin mətni
Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonunadək qəbul olunması gözlənilir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.