Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb
09.06.2026 [15:29]
Xəbərin mətni
May ayında Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb. Qarşıdakı dövrdə bu göstəricinin daha da artırılması planlaşdırılır. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib.