Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

10.06.2026 [22:47]

Xəbərin mətni

UNICEF-in məlumatlarına görə, dünyada hər dörd dəqiqədə bir uşaq zorakılığın və qətlin qurbanına çevrilir. 2025-ci ildə 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb. Hesabatda o da göstərilir ki, 1,6 milyard uşaq evdə müntəzəm olaraq fiziki cəza və psixoloji təzyiqlərlə üzləşir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.