Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb
11.06.2026 [17:21]
Xəbərin mətni
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xurşidbanu Natəvan yalnız şair kimi deyil, həm də rəssam, tikmə ustası, xalçaçı kimi tanınıb. Onun bədii tikmələrinin nümunələri 1886-cı ildə tərtib edilən “Gül dəftəri” albomunda toplanıb. Şairənin yaradıcılıq irsinin mühüm hissəsini təşkil edən əl işləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunur və ekspozisiyada nümayiş etdirilir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayeva söyləyib.