Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi

11.06.2026 [18:26]

Xəbərin mətni

Tarixi şəxsiyyət haqqında danışarkən diqqəti ilk cəlb edən məqamlardan biri də onun dövrünü və həyat tərzini əks etdirən geyimlərdir. Tarixin süzgəcindən keçərək günümüzə gəlib çatan bu geyimlər yalnız estetik görünüş deyil, həm də həmin dövrün mədəniyyətini, zövqünü və sosial həyatını özündə əks etdirir. Şəxsiyyətin geyim üslubu onun yaşadığı mühit, dünyagörüşü və cəmiyyətdəki mövqeyi barədə mühüm məlumatlar verir. Bu baxımdan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağın xan qızı Xurşidbanu Natəvanın geyimləri də xüsusi maraq doğurur. Onun istifadə etdiyi libaslar təkcə fərdi zövqünün deyil, həm də dövrünün saray mədəniyyətinin və milli geyim ənənələrinin zəngin nümunələridir. Şairənin şəxsi əşyaları və əl işləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunur və onun yüksək zövqünü, sənətkarlıq bacarığını əks etdirir. Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayeva ətraflı məlumat verib.