Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin

12.06.2026 [16:35]

Xəbərin mətni

Bizim Çinə üçgünlük səfər çərçivəsində Çinin müvafiq qurumları ilə silsilə görüşlərimizin nəticəsi olaraq 3 protokol imzalandı. Bununla da Azərbaycanın quşçuluq məhsullarının, o cümlədən ərzaqlıq yumurtanın və digər quşçuluq məhsullarının, akvakulturalarda yetişdirilən balıq və balıqçılıq məhsullarının, vəhşi təbiətdə olan dənizçilik məhsullarının Çinə maneəsiz ixracının həyata keçirməsinə dair razılıq əldə olunub. Bu fikirləri Çində səfərdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AZƏRTAC-a açıqlaması zamanı bildirib.