Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

12.06.2026 [19:08]

Xəbərin mətni

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur. AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.