Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir
15.06.2026 [13:55]
Xəbərin mətni
Şuşada belə mühüm və vaxtında təşkil edilmiş konfransın keçirilməsinə görə Azərbaycanı təbrik edirəm. AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın Muslim İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.