Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV
16.06.2026 [21:07]
Xəbərin mətni
Yeni Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental tədbirləri, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026−2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul istehsalından intensiv məhsul istehsalına keçidi formalaşdırmaqdır. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.