Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV
16.06.2026 [21:09]
Xəbərin mətni
Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni məhsul istehsalı yönümlü subsidiyaların genişləndirilməsi nəzərdə tutulur. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.