Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək
16.06.2026 [18:00]
Xəbərin mətni
Orta Dəhliz layihəsində Azərbaycan Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır və qlobal ticarət marşrutlarının ən vacib həlqələrindən biri hesab olunur. Türkiyə isə bu marşrutun digər əsas həlqəsidir. Çünki Azərbaycan Türkiyənin Türk dünyasına açılan qapısıdır. Bu baxımdan, Orta Dəhlizin, xüsusilə də Zəngəzur dəhlizinin reallaşdırılması Çinlə Avropa arasında yükdaşımaların daha qısa müddətdə, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım söyləyib.