Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır
17.06.2026 [14:33]
Xəbərin mətni
"ASAN xidmət"in fəaliyyəti yalnız xidmətlərin göstərilməsi ilə məhdudlaşmır. O, xidmətlərin keyfiyyətinə nəzarət edir, sosial innovasiyaları təşviq edir, könüllülük hərəkatını dəstəkləyir. Həmçinin bütün qurumların fəaliyyətinin qiymətləndirilməsinə imkan verən hesabatlılıq mexanizmlərini həyata keçirir. Bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.