Rəşad Həsənov: Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək istiqamətində hədəflərini gücləndirir
17.06.2026 [17:58]
Xəbərin mətni
Azərbaycanın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri regionun aparıcı regional texnologiya mərkəzlərindən birinə çevrilməkdir. Son illərdə bu istiqamətdə kifayət qədər böyük işlər görülüb, rəqəmsal infrastruktura böyük investisiyalar yatırılıb, Azərbaycanda yüksəksürətli internetin əlçatanlığı tam şəkildə təmin edilib. Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.