Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir
18.06.2026 [18:02]
Xəbərin mətni
Qarabağ Universitetində tələbələrin musiqi zövqünün formalaşdırılmasına xüsusi diqqət yetirilir. Zövqlü musiqiçi yetişdirmək üçün tələbə ilk növbədə keyfiyyətli və peşəkar musiqi nümunələrini dinləməlidir. Bu səbəbdən mütəmadi olaraq həm sinif, həm də müəllif konsertləri təşkil edilir. Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli deyib.