Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır
18.06.2026 [19:55]
Xəbərin mətni
Bu, mənim Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu sədri vəzifəsinə başladıqdan sonra ilk xarici səfərimdir. İlk səfərimin qardaş ölkəyə olmasından məmnunluğumu ifadə edir, Azərbaycan Hökumətinə, Azərbaycan dövlətinə dərin təşəkkürümü bildirirəm. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin jurnalistlərə açıqlamasında deyib.