Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda milli rəqslərimizə həsr olunmuş ədəbi-bədii tədbir - “Gənclərin rəqs dalğası”

18.06.2026 [21:07]

Xəbərin mətni

Oğuz rayonunda milli-mədəni irsin təbliği və xalq rəqslərinin gələcək nəsillərə ötürülməsi məqsədilə “Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir təşkil olunub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektoru və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkil etdiyi tədbirə rayon icra hakimiyyəti və regional mədəniyyət idarəsi dəstək verib.