Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanın Federal Ombudsmanı: Süni intellekt insan mərkəzli yanaşma ilə tənzimlənməlidir

18.06.2026 [21:10]

Xəbərin mətni

Tarix boyu baş verən texnoloji inqilablar vətəndaşlarla dövlət qurumları arasındakı münasibətlərin mahiyyətini dəyişdirib, idarəetmə mexanizmlərinin və ictimai xidmətlərin inkişafına mühüm təsir göstərib. Bu baxımdan süni intellekt (AI) də istisna deyil. Əksinə, onun təsir dairəsi və inkişaf sürəti əvvəlki texnoloji yeniliklərlə müqayisədə daha geniş və daha sürətlidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiyada Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI