Anar Şuşalı: Vokal sənətimizdə uğurlu sintez formalaşıb
19.06.2026 [14:32]
Xəbərin mətni
Vokal ifaçılarımızın böyük əksəriyyəti Avropa vokal məktəbində təhsilini alıb və bu məktəbin incəliklərinə dərindən yiyələniblər. Azərbaycan vokal sənətinin inkişafında dahi Bülbülün xüsusi rolu olub. O, İtaliyada təhsil aldıqdan sonra Avropa vokal məktəbinin prinsiplərini Azərbaycan muğam ənənələri ilə uğurla sintez edərək yeni bir ifaçılıq məktəbinin əsasını qoyub. Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin müəllimi, Əməkdar artist Anar Şuşalı deyib.