Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir

19.06.2026 [16:28]

Xəbərin mətni

Ölkəmizin su ehtiyatlarının təxminən 60 faizi ölkə hüdudlarından kənarda formalaşır. Bu baxımdan, Azərbaycanın su təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Bunu “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, deputat Pərvanə Vəliyeva təşkilatın Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciəti ilə bağlı brifinqdə deyib.