Məhəmməd Süleyman Əl-Casir: Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb
19.06.2026 [18:39]
Xəbərin mətni
İslam İnkişaf Bankı (İİB) Qrupu Bakıda keçirilən İllik Toplantı çərçivəsində 10 üzv ölkə, bir sıra regional institutlar və özəl sektor şirkətləri ilə ümumi dəyəri 6 milyard dollar olan 67 saziş imzalayıb. AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.