CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır
19.06.2026 [19:11]
Vahid Sağlamlıq yanaşmasının uğurlu tətbiqi üçün müxtəlif sektorlar arasında məlumat mübadiləsi həlledici əhəmiyyət daşıyır. Bu istiqamətdə BMT-nin 4 təşkilatı birgə fəaliyyət göstərir və onları birləşdirən əsas amil etibarlı məlumat bazasıdır. Məhz bu məlumatlar əsasında qabaqcıl analitik sistemlər və süni intellekt həlləri hazırlanaraq risklərin erkən aşkarlanmasına və operativ qərarların qəbuluna xidmət edə bilər. AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrupun (CGIAR) İcraçı İdarəedici direktoru İsmahane Elouhafi İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən "Çirkab suları və ətraf mühit monitorinqinə xüsusi diqqət yetirməklə regional səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş investisiyalar" adlı sessiyada çıxışı zamanı deyib.