Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda yerləşən zavodların fəaliyyəti ekoloji təhlükə kimi dəyərləndirilib

19.06.2026 [19:37]

Xəbərin mətni

Ermənistanın əsas sənaye və filiz zənginləşdirmə müəssisələrinin bir qismi Kür və Araz çay hövzələrində, Azərbaycan sərhədinə yaxın ərazilərdə yerləşir. Xüsusilə dörd əsas filiz zənginləşdirmə zavodunun sərhədə yaxın fəaliyyəti transsərhəd su ehtiyatları üçün ciddi ekoloji risk yaradır. AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının üzvü Müqabil Bayramov Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.