Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

19.06.2026 [20:15]

Xəbərin mətni

Türkiyə gələn il oktyabrın 4–8-də Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının Dünya Su Konqresinin 20-ci sessiyasına ev sahibliyi edəcək. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Əbubəkr Gizligider İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən "Çirkab suları və ətraf mühit monitorinqinə xüsusi diqqət yetirməklə regional səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş investisiyalar" adlı sessiyada çıxışı zamanı deyib.