Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Argentina Mədəniyyət Həftəsində zəngin mədəniyyətimiz nümayiş olunacaq

21.06.2026 [19:01]

Xəbərin mətni

İçərişəhərdə keçirilən Argentina Mədəniyyət Həftəsi çərçivəsində ziyarətçilər mədəniyyətimizin müxtəlif istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bunu AZƏRTAC-a açıqlamasında Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyət Həftəsinin açılış mərasimində deyib.