Zahid Oruc: Kibertəhlükəsizlik tədbirləri dövlət və maliyyə məlumatlarının mühafizəsini gücləndirəcək
24.06.2026 [14:15]
Xəbərin mətni
Qanun layihəsi ölkəmizin kiberməkanının yalnız hücumdan sonrakı dövrdə deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, insidentlər zamanı xidmətlərin fasiləsizliyinin təmin olunması və sistemlərin operativ bərpası prinsiplərinə əsaslanan mühafizəsini nəzərdə tutur. Bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər barədə danışarkən bildirib.