Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Kibertəhlükələr dünya üçün ciddi risk mənbəyinə çevrilib

24.06.2026 [14:21]

Xəbərin mətni

Müasir dövrün təhlükə və təhdidləri arasında kibertəhlükələr xüsusi yer tutur. Parlamentdə də bu istiqamətdə son illərdə bir sıra qanunvericilik təşəbbüsləri müzakirə olunub və qəbul edilib. Bunu Milli Məclisin deputatı Elman Nəsirov İnsan hüquqları komitəsinin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər barədə danışarkən bildirib.