Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür
24.06.2026 [14:24]
Xəbərin mətni
Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür. Həmçinin tənzimləmələr aparır və artıq bunun real nəticələri də müşahidə olunur. Bu sahədə Azərbaycanın beynəlxalq səviyyədə tanınması da diqqətəlayiqdir. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna nəzərdə tutulan dəyişikliklər barədə danışarkən bildirib.