Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

24.06.2026 [16:28]

Xəbərin mətni

Son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu inkişafda sığorta şirkətlərinin xidmət çeşidlərinin genişlənməsi və xidmət keyfiyyətinin artması, əhalinin sığorta məlumatlığının yüksəlməsi, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynayıb. Bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.