Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Əmiraslanov: Sığorta sisteminin inkişafında qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

24.06.2026 [17:02]

Xəbərin mətni

Bu gün dünyada sığorta sistemi bazar iqtisadiyyatının ən mühüm və ayrılmaz tərkib hissələrindən biri hesab olunur. Müasir dövrdə elə bir ölkə iqtisadiyyatı təsəvvür etmək mümkün deyil ki, orada sığorta mexanizmləri fəaliyyət göstərməsin. Sığorta həm vətəndaşların, həm də sahibkarlıq subyektlərinin maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, risklərin idarə edilməsinə və iqtisadi sabitliyin qorunmasına xidmət edir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.