Çarlz Vudli: Müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır
25.06.2026 [11:07]
Xəbərin mətni
Bu gün çıxışımda çatdırmağa çalışdığım əsas fikir burada təmsil olunan xalqların, xüsusilə də Azərbaycan xalqının yaşadığı təcrübələrlə bizim xalqın qarşılaşdığı problemlər arasında mövcud olan oxşarlıqlar idi. Biz də Niderlandın müstəmləkəçilik siyasətinin yaratdığı çətinliklərlə üz-üzəyik. Bu sözləri AZƏRTAC-a açıqlamasında Sent Martinin keçmiş hökumət komissarı və Tərəqqipərvər Əmək Partiyasının üzvü Çarlz Vudli deyib.