Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat Rizvan Nəbiyev: Türkman irsinin qorunması xalqlarımız arasında qardaşlıq münasibətlərini möhkəmləndirir

25.06.2026 [14:18]

Xəbərin mətni

Biz təkcə siyasi və hərbi-siyasi problemlərin həlli ilə bağlı məsələləri deyil, milli əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işləri də yüksək qiymətləndiririk. Bu fəaliyyətlər yalnız Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, o cümlədən bu gün aramızda olan türkman qardaşlarımıza da fayda verir. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Bakıda "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda çıxışı zamanı deyib.