Rizvan Nəbiyev: Türkman irsi təkcə keçmişin araşdırılması deyil, həm də canlı dəyərlər sistemidir
25.06.2026 [14:45]
Xəbərin mətni
QHT-lərə Dövlət Dəstəyi Agentliyi olaraq biz bu istiqamətdə mühüm platformalar təqdim edirik. Əgər xalqları birləşdirən ədəbiyyat və folklordan danışırıqsa, böyük Azərbaycan şairi Məhəmməd Füzulini xüsusilə qeyd etməliyik. Eyni zamanda Füzuli irsinin tədqiqində böyük xidmətləri olmuş türkman alimi Əta Tərzibaşı və Azərbaycan ədəbiyyatşünası, görkəmli yazıçı Mir Cəlal Paşayevin araşdırmaları xüsusi əhəmiyyət daşıyır. Bunu AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.