Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi inkişafın yeni mərhələsi: 2026-cı ilin ikinci yarısından gözləntilər

25.06.2026 [16:02]

Xəbərin mətni

2026-cı ilin birinci yarısının iqtisadi göstəriciləri göstərir ki, Azərbaycan iqtisadiyyatı qarşıdakı dövrdə yeni çağrışlarla üzləşəcək. Bu həm iqtisadiyyatın artım tempinin sürətləndirilməsi, həm də iqtisadiyyatın daha da şaxələndirilməsi istiqamətində yeni addımların atılmasını zəruri edir. Son aylarda qəbul edilən Dövlət Proqramları, hökumətin iqtisadi siyasət prioritetləri və gözlənilən qanunvericilik təşəbbüsləri onu deməyə əsas verir ki, 2026-cı ilin ikinci yarısında iqtisadi inkişafın əsas hərəkətverici qüvvələri qeyri-neft sektorunun genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və investisiya fəallığının artırılması olacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib.