Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qürbətdə milli ruhun məkanı: Berlindəki “Xarıbülbül” Mədəniyyət Evindən

25.06.2026 [18:31]

Xəbərin mətni

Azərbaycan mədəniyyətinin, dilinin və milli dəyərlərinin xaricdə yaşadılması istiqamətində görülən işlər Almaniyada da davam edir. Bu fəaliyyətin mühüm ünvanlarından biri də Berlində fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evidir. Burada uşaqlar ana dilini öyrənir, milli rəqs və musiqi irsimizlə tanış olur, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərini zənginləşdirirlər. Müxtəlif yaş qruplarını bir araya gətirən mərkəz artıq Almaniyadakı azərbaycanlı ailələr üçün həm təhsil, həm də mədəniyyət məkanı kimi mühüm rol oynayır. “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri AZƏRTAC-a müsahibəsində bu mədəniyyət ocağının fəaliyyəti barədə söz açaraq deyib.