Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Türkoloji Qurultayın yubileyi ilə əlaqədar il ərzində 100-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur

29.06.2026 [16:43]

Xəbərin mətni

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” ərzində silsilə tədbirlərin, panel müzakirələrin, plenar sessiyaların, eləcə də qurultaya həsr olunmuş bədii kompozisiyaların, filmlərin və konsert proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, həftə çərçivəsində Xankəndi şəhərində, Qarabağ Universitetində genişmiqyaslı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransda Türk dünyasında tanınmış türkologiya üzrə alimlərin iştirakı nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.